Sosial şəbəkədə biz:
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir
Xəbər Şəkli

Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir

18 April 2026, 11:25
Gündəm

"Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir".

Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan və Azərbaycan artıq sülh şəraitindədir. Sazişin imzalanmasına gəldikdə isə, sənəd paraflanıb və biz azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və son ratifikasiyası üzərində işləyirik”, - Vahan Kostanyan qeyd edib.