Sosial şəbəkədə biz:

Fidel Kastro son mənzilə sovet maşınında yola salındı - FOTO

01 December 2016, 22:33
Gündəm
Kuba inqilabının lideri Fidel Kastro son mənzilə əfsanəvi sovet "yolsuzluq maşını" UAZ-469-da yola salınıb. Gazeta.ru xəbər verir ki, 90 yaşında vəfat edən Fidel Kastronun nəşi Santyaqo-de-Kubaya məhz bu sovet maşınında aparılacaq. Dəfn dekabrın 3-nə planlaşdırılıb. Dörd gün ərzində sovet maşını 400 km qət etməlidir. Bu zaman Kastro ilə yüz minlərlə ölkə sakini vidalaşa bilər.