Sosial şəbəkədə biz:

İlham Əliyev İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib

02 September 2016, 22:22
Gündəm
Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə bağlı başsağlığı verib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, 1989-cu ildən Özbəkistana rəhbərlik edən İ. Kərimov 78 yaşında vəfat edib. O, sabah dəfn olunacaq.