Sosial şəbəkədə biz:

Deputatın oğlu prokuror müavini təyin olunub - ƏMR

01 September 2016, 10:43
Gündəm
Prokurorluq orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun əmri ilə Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini təyin edilib. Təyinat təxminən 1 ay əvvəl olub. E. Qənizadə buna qədər Bakı şəhər Prokurorluğundan çalışıb. Qeyd edək ki, E. Qənizadə millət vəkili Ç. Qənizadənin oğludur.