Sosial şəbəkədə biz:

Rusiya Türkiyəyə qoyduğu qadağanı götürdü

28 August 2016, 18:53
Gündəm
Rusiyanın baş naziri Dmitri Medvedev Rusiya və Türkiyə arasında çarter reyslərinə qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb. TASS agentliyi xəbər verir ki, bu barədə sənəd Rusiya hökumətinin saytında yerləşdirilib. Rusiya aviaşirkətləri artıq Türkiyəyə çarter reyslərinin həyata keçirilməsi üçün Rusiya Nəqliyyat Nazirliyinə müraciət etməyə başlayıblar.