Sosial şəbəkədə biz:

Rusiya İncirlikdən istifadə edə bilməz - Kurtulmuş

23 August 2016, 21:26
Gündəm
“Rusiyanın Hərbi-Kosmik Qüvvələri NATO-nun Türkiyədəki “İncirlik” aviabazasından istifadə edə bilməz”. AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib. Onun sözlərinə görə, Rusiya NATO-nun üzvü olmadığından bazadan istifadə etmək hüququ yoxdur.