Sosial şəbəkədə biz:

"Mersedes" Rusiya bazarını tamamilə TƏRK ETDİ

26 April 2023, 10:09
Gündəm

Almaniyanın “Mersedes-Benz” şirkəti Rusiya bazarını tamamilə tərk edib.

Bu barədə Almaniyanın DPA nəşri məlumat yayıb.

Qeyd olunub ki, şirkət Rusiyadakı bütün aktivlərini “Avtodom” şirkətinə satıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bir ay sonra “Mersedes” Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.