Sosial şəbəkədə biz:

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20 February 2020, 14:39
Gündəm

Sabiq müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən kürəkəni tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, fevralın 19-da R.Qazıyevə xəsarət yetirən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aaprılır.