Sosial şəbəkədə biz:

Azərbaycanda bu icra başçısı vətəndaşları qəbul etmir - Foto

25 November 2019, 16:24
Gündəm

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşları qəbul etmir.

Unikal.org-a müraciət edən rayon sakinləri bildirir ki, icra başçısı vətəndaşların problemlərini dinləmək istəmir. Belə ki, icra hakimiyyətinin inzibati binasında rəsmi qəbul günləri qeyd edilib. Buna baxmayaraq, başçısı Qəzənfər Ağayevin qəbuluna sakinlər düşə bilmir.