Sosial şəbəkədə biz:
Maştağada 20 gündür yağış suları çəkilmir
Xəbər Şəkli

Maştağada 20 gündür yağış suları çəkilmir

20 April 2026, 17:30
Gündəm

Maştağa qəsəbəsində yağış suları 20 gündən artıqdır ki, sakinlər üçün ciddi problemə çevrilib.
Yeniavaz.com-a müraciət edən sakinlər bildiriblər ki, son yağıntılardan sonra yaranan problem uzun müddətdir davam edir və hələ də aradan qaldırılmayıb:
“20 gündən artıqdır su yığılıb qalıb, çəkən yoxdur. Hər yerə müraciət etmişik, amma gəlib baxan olmayıb”.
Sakinlər qeyd edirlər ki, son yağışlardan sonra aidiyyəti qurumlar əraziyə gəlib vəziyyətlə maraqlanmayıb:
“Yaşayış massivində evdən bayıra çıxmaq mümkün deyil. Küçələr su içindədir, hərəkət etmək olmur. Son yağışlardan sonra gəlib baxan olmayıb. Problem olduğu kimi qalır”.