Sosial şəbəkədə biz:

At işlətsən belə bu rejimə dözməz…

At işlətsən belə bu rejimə dözməz…
Xəbər Şəkli
10 August 2026, 11:09
Gündəm

İki gündür yazdığım mövzuya görə sosial şəbəkələrdə vakant iş yerləri ilə bağlı paylaşımlar qarşıma çıxır. Azvak.az adlı səhifədəki onlarla iş təklifi ilə bağlı elanlara baxdım. Əksəriyyəti istismar etməyə, əməyindən havayı istifadə etməyə adam axtarır. Qalanları isə ya maaşı, ya da iş saatını yazmadığı üçün fikir bildirmək olmur. 

Məsələn, məşhur ”Pizza mizza” şəbəkəsinə briqada üzvü axtarırlar.

Qısa olaraq elanda yazılan əsas vəzifə və öhdəliklər belədir:

- Kassa əməliyyatlarının yerinə yetirilməsi;

- Qonaqların qarşılanması və yola salınması;

- Mətbəxdə məhsulların hazırlanması;

- Məhsulların keyfiyyətinə nəzarət;

- İş stansiyasının təmizliyinə nəzarət;

- Xarici görünüş standartlarına əməl edilməsi.

- 6 günlük iş qrafiki (Növbəli);

- Əmək haqqı: 500 Azn;

- Nahar şirkət tərəfindən təmin olunur.

Yəni, günə 20 manat vermirlər, amma 5 ayrı-ayrı  işi görməyi tələb edirlər. Adamlar hələ utanmadan bunu “iş var” adı ilə paylaşırlar.

İlkin Muradov