Sosial şəbəkədə biz:

“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı

“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı
Xəbər Şəkli
22 July 2026, 09:43
Cəmiyyət

Vətəndaşlara xaricdə təhsil imkanı vəd edən “AID Group”un daxil olduğu "AID Language Center” MMC-nin vergi borcu üzə çıxıb.

 

Hazırda “passiv” durumda olan şirkətin dövlətə 3 277 AZN borcu var.

 

Nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 2, mənzil 44 olan MMC-nin qanuni təmsilçisi aparıcı Nigar Fərhadın anası Arzu Hidayət qızı Əliyevadır.

 

Bəzi şəxslər xaricdə təhsil üçün şirkətə vəsait ödədiklərini, amma cavab ala bilmədiklərini bildirirlər.

 

Fəaliyyətini dayandıran MMC ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparırlar. N.Fərhadın və anası A.Əliyevanın telefonlarına zəng çatmır.

 

Qeyd: Xaricdə təhsil aldığını bildirən aparıcı müsahibələrinin birində demişdi ki, “Ən böyük uğurum biznes həyatımdakı düzgünlüyümdür”. Pravda