Sosial şəbəkədə biz:

“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir”

“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir”
Xəbər Şəkli
21 July 2026, 08:27
Cəmiyyət

Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.

Şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib.

O bildirib ki, üç övladının Kanadada təhsil alması üçün mart ayında Nigar Fərhadla müqavilə bağlayıb.

“17 min manat ödəyib müqavilə bağlamışdım. İndi isə nə özü, nə də əməkdaşları cavab verirlər. Əlimdə sənədlərimlə qalmışam”.

Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir.

Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.

“Dedik ki, pulu yarı-yarı verək. Dedilər alınmır, hamsını verməlisiniz. Pulu verdik, indi də yoxdular”, - deyə o əlavə edib.

Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır.

İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür.

Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Xəzər TV