Sosial şəbəkədə biz:
Mədət Quliyevin xanımından başanma ilə bağlı cavab gəldi - FOTO
Xəbər Şəkli

Mədət Quliyevin xanımından başanma ilə bağlı cavab gəldi - FOTO

24 June 2026, 15:57
Cəmiyyət

Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin xanımı Zəhra Quliyeva boşanma söhbətini yenidən gündəmə gətirib.

Keçmiş teleaparıcı izləyicilərindən gələn sualları cavablandırarkən ona ünvanlanan “Ailəlisiniz, yoxsa subay” sualını paylaşıb.

Z.Quliyevanın bu sualı 4 sözlə cavablandırıb: “Şəxsi sərhədlərə diqqət edək”.

Cütlüyün boşanma söhbəti bu il yanvarın 23-də ortaya çıxmışdı.

İddiaya görə, birgə nikahdan doğulan övladlar ana ilə qalır, Mədət Quliyev onların maddi təminatını tam şəkildə qarşılayır.

Z.Quliyeva ozamankı paylaşımlarında buna münasibət bildirmişdi: “Xahiş edirəm mənə şəxsi həyatımla bağlı sual verməyin. Reytinq xatirinə xəbər paylaşanda qarşı tərəfin fikrini öyrənin”.

Xatırlatma: general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir./yenisabah/