Sosial şəbəkədə biz:

Taksilərdə gediş haqqı 60 qəpik artıb

Taksilərdə gediş haqqı 60 qəpik artıb
Xəbər Şəkli
25 August 2026, 16:49
Sosial

Ötən il Azərbaycanda taksi nəqliyyatı ilə 94 milyon 8 min sərnişin daşınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə ötən il taksi ilə daşınan sərnişinlərin sayı 3,5% və ya 3 milyon 179 min sərnişin çox olub.
Qeyd edək ki, taksi nəqliyyatı ilə sərnişin daşınmasından əldə olunan gəlir isə son bir ildə 25,1% və ya 63 milyon 768 min manat artaraq 317 milyon 451 min manata çatıb. Ötən il bir sərnişindən əldə olunan orta gəlir 3,4 manat olub və bu göstərici bir il əvvəl 2,8 manat təşkil edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, taksi nəqliyyatı ilə bir sərnişinin daşınmasından əldə olunan gəlir son bir ildə 60 qəpik artıb.