Sosial şəbəkədə biz:
Əkrəm Həsənov: “Ya Məhkəmə-Hüquq Şurasının sistemindən xəbəri yoxdur, ya da məni kənarda qoyublar”
Xəbər Şəkli

Əkrəm Həsənov: “Ya Məhkəmə-Hüquq Şurasının sistemindən xəbəri yoxdur, ya da məni kənarda qoyublar”

07 April 2026, 08:19
Cəmiyyət

Bir həftədir ki, çökmüş Elektron Məhkəmə Sistemi vasitəsilə kassasiya şikayətini göndərə bilmirəm. Müddəti də ötürmüşəm nəticədə, Məhkəmə-Hüquq Şurasına yazılı müraciətim də cavabsız qalıb. Deməli, 3 gün ərzində şikayəti sistemə yükləyə bilmirdim: sistem məni vəkil kimi qəbul etmirdi. Sonra nəhayət şikayəti yüklədim, amma göndərə bilmirdim: sistem deyirdi ki, sorğum icra olunmadı. Bu gündən isə nə “ASAN İmza”, nə də “SİMA İmza” ilə sistemə heç daxil ola bilmirəm. Məhkəmə-Hüquq Şurasının qaynar xəttinə zəng etmişəm dəfələrlə. Dedilər ki, guya sistem artıq işləyir (necə işləyir ki, heç bildirişlər gəlmir sistemdən?). Distant giriş imkanı verdim, özləri gördü ki, heç daxil ola bilmirəm. İndi düşünürəm ki, ya Məhkəmə-Hüquq Şurasının öz sistemindən xəbəri yoxdur, ya da məni sistemdən kənarda qoyublar. 

Bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.

O bildirib ki, sistem işləyən kimi keçirdiyi iztirablar və vaxt itkisi nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldıracaq: “Bəli, bəli, səndən yar, sənə yar, şikayətim var… İndidən deyirəm: normadan artıq yağışın yağmasına istinad edə bilməyəcəklər, çünki yağış daha əvvəl olmuşdu. Trampın İranın enerji sistemini bombalamasına da istinad edə bilməyəcəklər, çünki birisigün bombalayacaq. Odur ki, fors-major-filan yoxdur, pulumu verin! Həmişə sizlər qazanmayacaq ki…”