Sosial şəbəkədə biz:
“Bunu hüquq müstəvisində həll edəcəyəm” - Vado Korovinin kürəkəni işdən çıxarılıb?
Xəbər Şəkli

“Bunu hüquq müstəvisində həll edəcəyəm” - Vado Korovinin kürəkəni işdən çıxarılıb?

13 May 2026, 08:10
Cəmiyyət

“İşdən çıxarılmağım, kollektivlə sağollaşmağım barədə yayılan xəbərlər doğru deyil”.

Bunu Bakupost.az-a Nəriman Əbdüləliyev deyib.

“Space” televiziyasının keçmiş direktoru Vado Korovinin kürəkəni olan və bir müddət kanal rəhbəri vəzifəsini icra etmiş N.Əbdüləliyev bu barədə məlumat yayılmamasını xahiş edib:

“Bu barədə heç nə yaymayın. Yoxsa bunu hüquq müstəvisində həll edəcəyəm. Hələ dəqiq heç nə yoxdur. Kanalda qalmağım və ya işdən getməyim barədə ilk məlumatı sizə verəcəyəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Nəriman Əbdüləliyevin “Space” televiziyasındakı vəzifəsindən ayrıldığı, kollektivlə vidalaşdığı barədə məlumatlar yayılıb.

Onu da bildirək ki, bir neçə gün əvvəl Ayaz Mustafayev “Space” televiziyasının yeni baş direktoru təyin olunub. O, telekanalın keçmiş rəhbəri Vado Korovinin qızı, Nəriman Əbdüləliyevin həyat yoldaşı Zemfira Korovinanı işdən azad edib.