"Kurtlar Vadisi"nin məşhur aktyoru hamıdan uzaqda sakit həyat sürür - FOTOLAR
Kurtlar Vadisi serialında “Pala” obrazı ilə məşhurlaşan Yüksel Arıcı uzun illərdir ekranlardan uzaq həyat yaşayır.
Türk serial tarixinin ən yaddaqalan obrazlarından biri sayılan Pala “sadəcə ölülər görür” sözü ilə yadda qalmışdı.
Məlumata görə, aktyor İstanbulun səs-küylü həyatını geridə qoyaraq Fethiye şəhərinə köçüb. Hazırda daha sakit və təbiətlə iç-içə həyat sürür.
Yüksel Arıcı gününün böyük hissəsini bağ işi ilə məşğul olaraq və balıq tutaraq keçirir. Sosial şəbəkələrdə ara-sıra paylaşım edən aktyorun sadə həyat tərzi izləyicilərin marağına səbəb olur.
Onu küçədə görən insanların hələ də “Pala” deyə səslənməsi obrazın illər keçsə də unudulmadığını göstərir.
Aktyor tamamilə sənətdən uzaqlaşmayıb. O, son olaraq Eşkıya Dünyaya Hükümdar Olmaz serialında Vehbi obrazını canlandırmışdı.
Hazırda böyük layihələrdə yer almasa da, seçici davrandığı və sakit həyatına davam etdiyi bildirilir.//Demokrat.az
