Sosial şəbəkədə biz:
Flora Kərimova səhhətindən danışdı: "İki ay oturaq vəziyyətdə yatmalı oldum"
Xəbər Şəkli

Flora Kərimova səhhətindən danışdı: "İki ay oturaq vəziyyətdə yatmalı oldum"

29 April 2026, 16:18
Mədəniyyət

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, F.Kərimovanın 85 yaşı var.