Sosial şəbəkədə biz:
"Çırtma çalıb oynayaq?" - Akif İslamzadə
Xəbər Şəkli

"Çırtma çalıb oynayaq?" - Akif İslamzadə

13 May 2026, 15:45
Mədəniyyət

"Xalq artisti Akif İslamzadənin müalicəsi davam edir". 

Bu məlumatı  Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirib.

"Xəstənin səhhəti stabildir. Müalicəsində müsbət dinamika müşahidə olunur. Müalicə fonunda xəstənin vəziyyəti stabildir. Əgər xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilərsə, evə buraxılması planlaşdırılır", - deyə T. Sadıqov bildirib.

Oxu.Az Akif İslamzadənin özü ilə əlaqə yaratmağa çalışıb. Telefonu açan Xalq artisti jurnalistin özünü təqdim etməsinə "Nə edək? Çırtma çalıb oynayaq?" cavabını verib və telefonu qapayıb.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.