"Bacı dediyim çox qadından xəyanət görmüşəm" - Pərvin
Aktrisa Pərvin Abıyeva dostları ilə bağlı verdiyi açıqlamayla diqqət çəkib.
Aktrisa "Rəngarəng" verilişində gördüyü dost xəyanətlərindən danışıb.
"Həyatımda dost dediyim insanlar artıq yoxdur. Çünki bacı dediyim, qardaş dediyim çox insandan alçaqlıqlar görmüşəm. Ən çox da qadınlardan...Ona görə də artıq doğma bacımdan başqa bacım yoxdur. 5-10 il dost olursan, düşünürsən ki, bu, bacıdır. Amma xırda bir şey baş verəndə, yüz dəfə yaxşılıq edib, bir dəfə etməyəndə, səhvlər düzləri də aparır. Amma mən belə insan deyiləm. Çox səhvlərə göz yumuram", - Pərvin Abıyeva bildirib.