Sosial şəbəkədə biz:
"Aynaya baxanda atamın ruhunu görürəm"
Xəbər Şəkli

"Aynaya baxanda atamın ruhunu görürəm"

23 June 2026, 11:06
Mədəniyyət

Müğənni Səidə Dadaşova atası, Xalq artisti Rafael Dadaşovun vəfatından sonra güzgülərə baxa bilmədiyini etiraf edib.

Bu barədə ifaçı "Afaqla 10lar" verilişində danışıb:

"Ayna son zamanlar məni çox kövrəldir. Atamın vəfatından sonra evdə aynalarımız bağlandı. Ondan sonra aynaya mənfi bir şey kimi baxıram, artıq o qədər də sevmirəm. Çalışıram çox baxmayım. Elə bilirəm ki, atamın ruhunu görürəm. Ayna da onu əks etdirir. Dedilər ki, çalışın dünyasını dəyişmiş insanların portretlərini evdə divardan asmayın". (Axşam.az)