Sosial şəbəkədə biz:
Afra "ABİ"dən çıxma səbəbini açıqladı
Xəbər Şəkli

Afra "ABİ"dən çıxma səbəbini açıqladı

02 June 2026, 08:43
Mədəniyyət

Məşhur aktrisa Afra Saraçoğlu baş rolda oynadığı "A.B.İ. - Aile Bir İmtihandır" serialından ayrılma səbəbini ilk dəfə açıqlayıb. Ekran işində Kenan İmirzalıoğlu ilə tərəf müqabili olan aktrisa layihə ilə yollarını ayırmasının pərdəarxası məqamlarını bölüşüb.
Kanye Westin konsertinə qatılan sənətçi tədbirdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, serialdakı obrazının hekayəsi bitdiyi üçün layihədən ayrıldığını bildirib. Çəkiliş prosesinin çox xoş keçdiyini vurğulayan aktrisa istehsalçı şirkətlə uğurlu iş ortaya qoyduqlarını qeyd edib. Afra Saraçoğlu hazırda vəziyyətinin yaxşı olduğunu və bir müddət dincəlmək istədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Kenan İmirzalıoğlunu uzun fasilədən sonra ekrana qaytaran bu layihədəki ayrılıq tamaşaçılar üçün gözlənilməz olub. Aktrisa serialda baş qəhrəmanlardan olan Çağla obrazını canlandırırdı.
Demokrat.az