Bazar ertəsi , İyun 3 2024
Ana səhifə / Manşet / Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmədi

 Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Azinforum.az-ın xəbərinə görə, baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.

Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

Beləliklə, Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

Həmçinin oxuyun

“2 MİLYON BAŞ NAZİR SƏBUHİ MƏMMƏDOVA VERMİŞƏM…” – Sabiq komitə rəisi nə qədər “paket” aldığını da açıqladı

Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin sabiq rəisi Hicran Rüstəmovun cinayət işi üzrə məhkəməsinin …