Sosial şəbəkədə biz:
Sabiq MTN polkovniki həbsxanada dava edib
Xəbər Şəkli

Sabiq MTN polkovniki həbsxanada dava edib

22 June 2026, 16:11
Kriminal

Hazırda Penitensiar Xidmətin 9 Saylı Cəzaçəkmə Müəsssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Sahib Ələkbərov qalmaqalla üzləşib.

Gununsesi.info bildirir ki, sabiq MTN zabiti müəssisədə Kamran adlı zabitlə dalaşıb.

Olay nəticəsində Sahib Ələkbərovun barəsində cəza tədbiri görüldüyü deyilir. 

O, müəssisənin daxili nizam qaydalarını pozmaqda günahlandırılıb.

Xatırladaq ki, Sahib Ələkbərov MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevlə birlikdə mühakimə olunub.

Çoxsaylı cinayətlərdə ittiham olunan sabiq şöbə rəisi Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.