Sosial şəbəkədə biz:
“Quska”nın son cəhdi
Xəbər Şəkli

“Quska”nın son cəhdi

15 January 2026, 13:27
Kriminal

6 illik həbsdən sonra yeni ittihamla 9 il əlavə həbsə məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev (“Quska”) Ali Məhkəməyə müraciət edib.

Belə ki, “Quska” yüksək instansiyadan bəraət istəyir.
Kassasiya şikayətinə baxılan gün Hüseyn Abdullayev haqda son qərar veriləcək. Hələlik iclas vaxtı bilinmir.
Xatırladaq ki, “Quska” 2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlarla təkrar cinayət məsuliyyətinə cəlb edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü dəyişməyib. Qafqazinfo