Sosial şəbəkədə biz:
Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi
Xəbər Şəkli

Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi

19 January 2026, 10:51
Kriminal

Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov məhkəmə qarşısına çıxarılıb.

Yevlax Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Z. Səmədova qarşı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah tətbiq etməklə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Rayonun İsmayılabad kəndində baş verən hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Hadisənin it döyüşündən sonra başlamış mübahisə zəminində törədildiyi bildirilib.

Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov 2023-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən həmin ilin dekabrında vəfat etmişdi.

Qafqazinfo