Prokuror Azər Qasımlıya 13 il iş verilməsini istədi
Prokuror məhkəmədə Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı çıxış edib.
Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb. O, Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
A.Qasımlı özünü təqsirli bilmir.