Sosial şəbəkədə biz:
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslə bağlı qərar açıqlandı
Xəbər Şəkli

MİDA-dan ev almaq istəyənləri aldadan şəxslə bağlı qərar açıqlandı

08 May 2026, 08:39
Kriminal

Ali Məhkəmədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini güzəştli şərtlərlə satmaq adı ilə 38 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mahir Rəsulovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 

Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Mahir Rəsulov özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edərək vətəndaşları aldadıb.

 

Mahir Rəsulova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

 

O, həmçinin şəhid ailəsinə və hərbçilərə güzəştli şərtlərlə mənzil ala biləcəyini vəd edib. Özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Mahir Rəsulov vətəndaşları əsasən, MİDA-nın tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb.

 

Cinayət işi üzrə 38 nəfər zərərçəkmiş qismində tanınıb. Vətəndaşları MİDA-nın tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırmaqla onların 300 min manata qədər pulunu mənimsəyib.

 

Məhkəmə araşdırması zamanı məlum olub ki, Mahir daha əvvəl də dələduzluq əməli törədib. Sonuncu dəfə isə 2023-cü ildə məsuliyyətə cəlb edilib. Bu əməllərinə görə o, 5 il azadlıqdan məhrum edilib. Mahirin 2023-cü ildə barəsində çıxarılmış şərti hökm bu cəza ilə birləşdirilib. Onun üzərində qəti olaraq 5 il 11 ay həbs cəzası saxlanılıb. Pravda