Sosial şəbəkədə biz:

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbsdən buraxıldı

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbsdən buraxıldı

"İdeal" (indiki "Adore" - red.) mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.

Qafqazinfo xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı həbsxanadan azadlığa buraxılıb.

İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol