Sosial şəbəkədə biz:
Hamlet Musayevin qızı həbsdən azad edildi - 610 min manat pulunu ələ keçirmişdi
Xəbər Şəkli

Hamlet Musayevin qızı həbsdən azad edildi - 610 min manat pulunu ələ keçirmişdi

20 May 2026, 10:22
Kriminal

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad edilib.

Bu barədə müvafiq qərar qəbul edilib.

M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyeva ilə barışıq əldə edib. O, külli miqdarda məbləği hissə-hissə ödəməyə razılaşıb.

Tərəflər arasında razılıq əldə edildiyindən istintaq orqanı həbsin davamına ehtiyac görməyib. M.Musayeva polis nəzarəti şərti ilə təcridxanadan azad edilib.

Zərərçəkmiş şəxsin hüquqlarını tanınmış vəkil Ceyhun Yusifov müdafiə edir. Amma vəkil müvəkkili ilə təqsirləndirilən şəxsin barışması və dəymiş ziyandan nə qədər ödənilməsi ilə bağlı sualımıza cavab verməkdən imtina etdi.

Qeyd edək ki, M.Musayeva bir neçə ay əvvəl həbs edilib. O, sanksiyasında 14 ilə kimi həbs nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham edilir. Qafqazinfo