Sosial şəbəkədə biz:
Etibar Pirverdiyevlə əlaqələndirilən şirkətin sabiq rəhbəri həbs edildi
Xəbər Şəkli

Etibar Pirverdiyevlə əlaqələndirilən şirkətin sabiq rəhbəri həbs edildi

03 July 2026, 14:10
Kriminal

“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.

V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur. 

İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Yaxın günlərdə məhkəmə başlayacaq.

Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Şirkət paytaxtda bir neçə yaşayış binasının tikintisini həyata keçirib. E.Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.

2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub. Qafqazinfo