Sosial şəbəkədə biz:
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ
Xəbər Şəkli

Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ

06 February 2026, 11:11
Kriminal

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olar Daxili işlər Nazirliyindən məlumat verilib. 

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.