Sosial şəbəkədə biz:

Ağıla gəlməyən cinayətlər: 14–15 yaşlı şagirdlərin...

Ağıla gəlməyən cinayətlər: 14–15 yaşlı şagirdlərin...

Son zamanlar imtahanlara müdaxilə, texnoloji vasitələrlə köçürmə və qayda pozuntusu halları ilə bağlı yayılan məlumatlar cəmiyyətin diqqət mərkəzindədir. 

Bəzi hallarda isə bu cür pozuntuların daha geniş, təhlükəli niyyətlərlə — təşkilatlanmış şəkildə, məqsədli formada və ya xarici müdaxilələrlə həyata keçirildiyi iddia olunur. 

Mövzu ilə bağlı Polisə Dəstək İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev Yenisabah.az-a açıqlamasında bildirib ki, imtahan zamanı sıravi qayda pozuntusu və ya fərdi şəkildə texniki vasitələrdən istifadə halları inzibati xarakter daşıyır və bu zaman müvafiq araşdırmanı aidiyyəti qurumlar — Dövlət İmtahan Mərkəzi və ya Daxili İşlər Nazirliyi həyata keçirir. pizza mizza

Lakin hüquqşünas qeyd edir ki, bəzi hallarda bu pozuntuların arxasında daha ciddi niyyətlər dayana bilər:

“Əgər abituriyent imtahana müxtəlif texnoloji cihazlarla daxil olur və bununla bağlı məqsəd sırf bilik yoxlamasından yayınmaq yox, müəyyən dairələrin tapşırığı ilə informasiya ötürmək, imtahan sisteminə müdaxilə etmək, nəticələri manipulyasiya etmək və ya ictimai sabitliyi pozmaqdırsa – bu artıq təhlükəsizlik məsələsinə çevrilir”.

Şəmsəddin Əliyevin sözlərinə görə, məsələ yalnız imtahanda köçürməyə cəhd deyilsə və faktlar təşkilatlanmış, məqsədli şəkildə, hətta yetkinlik yaşına çatmayan şəxslər vasitəsilə həyata keçirilirsə, bu zaman DTX araşdırma başlada bilər:

“Əgər 14–15 yaşlı şagirdlərin və ya abituriyentlərin iştirakı ilə müəyyən qruplaşmaların birgə hərəkəti sübut olunarsa, bu artıq sıravi imtahan pozuntusu kimi deyil, mümkün təxribat və ya təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Bu halda birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilə bilər”.

Hüquqşünas əlavə edib ki, bu cür hallarda yalnız DTX deyil, Daxili İşlər Nazirliyi, Ədliyyə orqanları, eləcə də kibercinayətkarlıqla mübarizə aparan xüsusi bölmələr də prosesə cəlb oluna bilər.

“Əgər hansısa qrup konkret siyasi, dini və ya xarici təsir altında bu prosesi idarə edir və nəticədə cəmiyyətə təzyiq göstərmək, ictimai fikrə təsir etmək və ya dövlətin strateji imtahan sisteminə zərər vurmaq məqsədi güdürsə – bu, artıq təhlükəsizlik riski sayılır. Belə hallarda məsələ təkcə hüquqi yox, həm də milli təhlükəsizlik müstəvisində qiymətləndirilir”.

Sonda Şəmsəddin Əliyev bildirib ki, bu cür situasiyalarda hüquqi qiymətləndirmə sübutların və istintaqın gedişatına uyğun olaraq verilir. Sadəcə şübhə və ya ehtimal əsasında DTX-nin prosesə müdaxiləsi mümkün deyil, lakin kifayət qədər əsaslı göstəricilər mövcuddursa, qurum öz səlahiyyəti çərçivəsində işə qarışa bilər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol