Sosial şəbəkədə biz:
Xaricdən 12 qəpiyə gətirilən saqqızlar marketlərdə dəfələrlə baha satılır – Siyahı
Xəbər Şəkli

Xaricdən 12 qəpiyə gətirilən saqqızlar marketlərdə dəfələrlə baha satılır – Siyahı

12 June 2026, 14:40
İqtisadiyyat

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 133,34 ton şəkərli və ya şəkərsiz saqqız idxal edilib.
İ
dxal olunan saqqızın ümumi gömrük dəyəri 620,91 min dollar olub.
Beləliklə, idxal edilən saqqızın 1 kiloqramının orta gömrük dəyəri 4,7 dollar (7,9 manat) təşkil edib.
Qeyd edək ki, Azərbaycanda pərakəndə satış məntəqələrində saqqızlar əsasən 14-15 qramlıq çəkidə satılır. Bu isə o deməkdir ki, idxal olunan saqqızın 15 qramının orta gömrük dəyəri 12 qəpiyə bərabərdir.
Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında saqqız ən aşağı qiymətə İrandan, ən baha qiymətə Fransadan idxal edilib. İrandan gətirilən saqqızın 1 kiloqramının orta gömrük dəyəri 3,4 manat, Fransadan gətirilən saqqızın 1 kiloqramının orta gömrük dəyəri 62,9 manat olub.
Qeyd edək ki, idxal olunan saqqız Azərbaycana bu ölkələrdən gətirilib:
Türkiyə – 81,29 ton (15 qramının orta gömrük dəyəri 10 qəpik);
Türkmənistan – 17,39 ton (14 qəpik);
Pakistan – 10,63 ton (7 qəpik);
Çin – 10,15 ton (11 qəpik);
Rusiya – 9,73 ton (22 qəpik);
İndoneziya – 1,98 ton (53 qəpik);
İran – 1,65 ton (5 qəpik);
Yaponiya – 0,08 ton (55 qəpik);
İspaniya – 0,25 ton (23 qəpik);
Almaniya – 0,15 ton (41 qəpik);
Fransa – 0,02 ton (94 qəpik);
Polşa – 0,01 ton (41 qəpik);
Şimali Makedoniya – 0,01 ton (23 qəpik).


Onu da bildirək ki, Azərbaycanda pərakəndə satış məntəqələrində 14-15 qramlıq çəkidə satılan saqqızların ən aşağı satış qiyməti 70-80 qəpik təşkil edir. Bu isə pərakəndə satış məntəqələrində 1 kiloqram saqqızın ən aşağı satış qiymətinin təxminən 47 manata bərabər olduğunu göstərir.
Yeniavaz.com