Bazar ertəsi , İyun 3 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Azərbaycandan nə qədər məhsul aldığını açıqladı – İki dəfə fərq var

Türkiyə Azərbaycandan nə qədər məhsul aldığını açıqladı – İki dəfə fərq var

Bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsində ixracın payı əvvəlki ilin eyni ayına görə 3,5% artaraq 19 milyard 991 milyon dollar, idxal isə 22% azalaraq 26 milyard 218 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Almaniya yanvar ayında Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə olub. Yanvar ayında Almaniyaya ixrac 1 milyard 762 milyon dollar olub. Növbəti yerlərdə 1 milyard 224 milyon dollarla ABŞ, 1 milyard 97 milyon dollarla İraq, 1 milyard 22 milyon dollarla Böyük Britaniya, 999 milyon dollarla İtaliya qərarlaşıb. İlk 5 ölkəyə ixrac ümumi ixracın 30,5%-ni təşkil edib.
İdxalda isə Rusiya birinci yerdədir. Yanvar ayında Rusiyadan idxal 4 milyard 324 milyon dollar olub. İdxalda növbəti yerləri 2 milyard 893 milyon dollarla Çin, 1 milyard 918 milyon dollarla Almaniya, 1 milyard 402 milyon dollarla ABŞ, 1 milyard 187 milyon dollarla İtaliya tutub. İlk 5 ölkədən idxal ümumi idxalın 44,7%-ni təşkil edib.
Açıqlanan rəsmi məlumatda göstərilir ki, yanvar ayında Türkiyə Azərbaycana 185 milyon 198 min dollar dəyərində məhsul ixrac edib. Eyni dövürdə Azərbaycandan 134 milyon 160 min dollar dəyərində məhsul idxal edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ixrac 3% və ya 5,8 milyon dollar azalıb, Azərbaycandan idxal isə 2,1 dəfə və ya 71 milyon dollar artıb.
Məlumat üçün onu da bildirək ki, əvvəllər olduğu kimi yenə də Azərbaycan Dövlət Gömrük Komitəsinin bu ilin yanvar ayı üçün açıqladığı analoji məlumatlar Türkiyənin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlardan kəskin fərqlənir. Belə ki, Dövlət Gömrük Komitəsi bu ilin yanvar ayında Türkiyəyə 305 milyon dollar dəyərində məhsul ixrac olunduğunu açıqlayıb. Halbuki, Türkiyə tərəfi eyni dövrdə Azərbaycandan 134 milyon dollarlıq məhsul idxal etdiklərini açıqlayıb. Bundan başqa Gömrük Komitəsi bu ilin yanvar ayında Türkiyədən 171 milyon dollar dəyərində məhsul idxal olunduğunu açıqlayıb. Türkiyə isə eyni dövrdə – yanvar ayında Azərbaycana 185 milyon dollarlıq məhsul ixrac etdiklərini açıqlayıb.

Həmçinin oxuyun

Sabiq icra başçısının oğlu kredit borcunu ödəmir?

Şərur rayonunun keçmiş icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən …