Sosial şəbəkədə biz:
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb
Xəbər Şəkli

“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb

23 June 2026, 16:13
İqtisadiyyat

Azərbaycanın aparıcı banklarından olan “Paşabank” ASC-nin Gürcüstandakı törəmə bankı “Paşabank Gürcüstan” bu ilin yanvar-may aylarında 2,9 milyon lari (1,1 milyon dollar) xalis mənfəət əldə edib.
B
ankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 24 dəfə artıb.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən 19 bankın ümumi xalis mənfəəti bu ilin yanvar-may aylarında 1 milyard 543,9 milyon lari təşkil edib. Ölkədəki 19 bankdan 15-i mənfəətlə, 4-ü isə zərərlə fəaliyyət göstərib.
“Bank of Georgia” 819 milyon lari (309 milyon dollar) mənfəətlə siyahının zirvəsində qərarlaşıb. Bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25% artıb. “TBC Bank” 562 milyon lari (212 milyon dollar) mənfəətlə ikinci yerdədir və illik artım 16% təşkil edib. İlk üçlüyü isə 62 milyon lari (23,4 milyon dollar) mənfəətlə “Basis Bank” tamamlayıb. Bankın mənfəəti illik müqayisədə 53% artıb.
Növbəti yerlərdə 42 milyon lari mənfəətlə (19% azalma) “Liberty Bank”, 29 milyon lari mənfəətlə (9% azalma) “Credo Bank”, 15 milyon lari mənfəətlə (21% artım) “ProCredit Bank”, 13 milyon lari mənfəətlə (14% artım) “Terra Bank” və 12 milyon lari mənfəətlə (33% azalma) “Kartu Bank” qərarlaşıblar.
10 milyon lari mənfəət əldə edən “Halyk Bank”ın göstəricisi illik müqayisədə 45%, “Mikrobank Kristal”ın 7,1 milyon lari məbləğində mənfəəti isə 13% artıb. “İş Bankı” 6,2 milyon lari mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. “Paybank” 4,5 milyon lari mənfəət açıqlayıb. Halbuki bank ötən ilin eyni dövründə 0,1 milyon lari zərərlə fəaliyyət göstərmişdi.
“Paşabank Gürcüstan” 2,9 milyon lari mənfəətlə siyahıda 13-cü yerdə qərarlaşıb. Növbəti yerlərdə 2,5 milyon lari mənfəətlə “Ziraat Bank”, 1,6 milyon lari mənfəətlə isə “Mikrobank MBIS” gəlir.
Zərərlə işləyən banklar sırasında “Paysera”, “HashBank”, “Silk Bankı” və “VTB Bank” yer alır. Ən böyük zərər 26 milyon lari ilə “VTB Bank” tərəfindən qeydə alınıb. Bununla belə, bank ötən ilin eyni dövründə 43 milyon lari zərər açıqladığından mənfi nəticə müəyyən qədər yaxşılaşıb. “Silk Bank” 11 milyon lari, “HashBank” 4,9 milyon lari, “Paysera” isə 1 milyon lari zərərlə fəaliyyət göstərib.
Yeniavaz