Sosial şəbəkədə biz:
Neft bazarında qiymətlər kəskin artıb
Xəbər Şəkli

Neft bazarında qiymətlər kəskin artıb

09 March 2026, 09:01
İqtisadiyyat

İranda davam edən münaqişənin enerji obyektlərinə zərbələrə keçməsi dünya neft qiymətlərində növbəti kəskin sıçrayışa səbəb olub.

Londonun ICE birjasında hərraclar açılan kimi Brent neftinin qiyməti 2022-ci ilin iyunundan sonra ilk dəfə 119 dolları keçib. Daha sonra qiymətlər 114 dollara qədər azalıb, hazırda bu diapazonda ticarət davam edir.

ABŞ-ın WTI  nefti isə gözlənilmədən 113 dolları keçib.