Sosial şəbəkədə biz:
Milyardlar belə qazanılır
Xəbər Şəkli

Milyardlar belə qazanılır

25 March 2026, 00:12
İqtisadiyyat

Dünən Trampın İranın enerji obyektlərinə zərbələrə 5 günlük moratorium qoyması haqda paylaşımı neftin qiymətinin kəskin düşməsi ilə müşayiət olundu. Bir saata neft 20 dollar ucuzlaşdı.

Bazarın bu reaksiyası başadüşüləndir. Amma “Financial Times”ın yazdığından aydın olur ki, məsələ heç də göründüyü qədər sadə deyilmiş.

Trampın həmin postu paylaşmasına 15 dəqiqə qalmış kimlərsə 580 milyon dollar dəyərində neft fyüçerslərini satışa çıxarıb. Bu hadisə martın 23-də, Nyu-York vaxtı ilə saat 06:49-06:50 arasında baş verib. 1 dəqiqə ərzində Brent və WTI markaları üzrə 6200 satış əməliyyatı həyata keçirilib.

Bu əməliyyatların arxasında bir, yoxsa bir neçə qurumun dayandığı aydın deyil. Halbuki, h əmin vaxt bazar neftin bahalaşacağını gözləyir, treyderlər fəal şəkildə neft fyüçerslərini alırdılar. Bütün proqnozlar neftin bahalaşmaqda davam edəcəyi istiqamətində idi.

Trampın “Truth Social” şəbəkəsində paylaşacağı post haqqında kimlərsə əvvəlcədən məlumatlı olub və bu insayder informasiyasının sayəsində bir neçə saat ərzində milyardlarla dollar qazanıblar. Həmin “kimlərinsə” çevrəsinin o qədər də geniş olmadığını başa düşmək çətin deyil. Halbuki, ABŞ qanunvericiliyinə görə, insayder informasiyasından bazarda əməliyyat açmaq məqsədilə istifadə etmək qadağandır.

“FT” yazır ki, son vaxtlar ABŞ rəsmilərinin açıqlamalarından bir qədər əvvəl birjada əməliyyatın açılması halları tez-tez baş verir və “Kimsə çox böyük pullar qazanır”.
Azvision.az