Sosial şəbəkədə biz:

Fındıq ixracının dəyəri artıb, həcmi azalıb

Fındıq ixracının dəyəri artıb, həcmi azalıb
Xəbər Şəkli
15 August 2026, 10:02
İqtisadiyyat

2026-cı ilin ilk 6 ayında Azərbaycandan 8 341,84 ton meşə fındığı ixrac edilib.

İxrac olunan meşə fındığının statistik dəyəri 95 milyon 584,09 min dollar təşkil edib. Bu məhsul ümumi ixracın 0,59%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 1,72%-ni təşkil edib.

Ötən ilin eyni dövründə isə 10 759,43 ton meşə fındığı ixrac olunub və ixracın statistik dəyəri 76 milyon 670,06 min dollar olub. Həmin dövrdə fındıq ümumi ixracın 0,60%-ni, qeyri-neft ixracının isə 4,37%-ni təşkil edib. 

Beləliklə, 2026-cı ilin ilk 6 ayında fındıq ixracının həcmi illik müqayisədə 22,5% azalsa da, ixracın dəyəri 24,7% artıb.