Sosial şəbəkədə biz:
Ən çox bahalanan məhsullar açıqlandı
Xəbər Şəkli

Ən çox bahalanan məhsullar açıqlandı

14 April 2026, 16:12
İqtisadiyyat

Bu ilin yanvar-mart aylarında istehlak qiymətləri ötən ilin yanvar-mart aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
Bu ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb, yumurta, şabalıd, gül kələmi, brokkoli, sarımsaq, soğan isə ucuzlaşıb.
Bu ilin mart ayında əvvəlki ayla müqayisədə əsasən sement, mebellər, zərgərlik məmulatları bahalaşıb, qış geyimləri, məişət cihazları isə ucuzlaşıb. Əhaliyə göstərilən ödənişli xidmətlərdən əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb, xarici ölkələrə təşkil edilən istirahət turlarının dəyəri isə ucuzlaşıb.