Sosial şəbəkədə biz:
Əkrəm Həsənov: “Azərbaycan investisiya, sahibkarlıq üçün əlverişsiz ölkəyə çevrilir”
Xəbər Şəkli

Əkrəm Həsənov: “Azərbaycan investisiya, sahibkarlıq üçün əlverişsiz ölkəyə çevrilir”

21 April 2026, 12:40
İqtisadiyyat

“Son iqtisadi göstəricilərə görə, Azərbaycanda artıq inkişaf yox, geriləmə var”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Azərbaycanın iqtisadiyyatı son illərdə zəif inkişaf edir: “Təbii ki, dünyada baş verən proseslər Azərbaycana mənfi təsir göstərir və bundan sonra daha da mənfi təsir göstərəcək. Həm geosiyasi, həm iqtisadi, maliyyə vəziyyəti və .s bunların hamısı mənfi təsir göstərəcək, Azərbaycan iqtisadiyyatının daha da geriləməsin səbəb olacaq. Belə bir böhran zamanında da insanlar daha etibarlı, inkişaf etmiş, qanun olan ölkələrə maliyyə qoyurlar. Bizdə də bunlar yoxdur. Bu baxımdan da Azərbaycan investisiya, sahibkarlıq üçün daha da əlverişsiz ölkəyə çevrilir. Çünki nəzərə alsaq ki, onsuzda dünyada bu qədər problemlər var, əlavə olaraq da bizim ölkədə qeyri-qənaətbəxş investisiya, sahibkarlıq mühiti vəziyyəti daha da çətinləşdirir”.