Sosial şəbəkədə biz:
Bu əməkdaşlıq Azərbaycan üçün nələr vəd edir? - DEPUTAT
Xəbər Şəkli

Bu əməkdaşlıq Azərbaycan üçün nələr vəd edir? - DEPUTAT

18 June 2026, 11:41
İqtisadiyyat

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində iştirak edərək çıxış edib. 57 dövlətin üzv olduğu İslam İnkişaf Bankı (İİB) qlobal maliyyə qurumlarından hesab olunur.

1974-cü ildə yaradılan bank hazırda 150 milyard dollarlıq nizamnamə kapitalı və 76 milyard dollarlıq abunə kapitalına malikdir. Bankın ən böyük sərmayədarı 23.5 fazi ilə Səudiyyə Ərəbistanıdır. Azərbaycanın nizamnamə kapitalında payı 1 faizdir. Bu pay ilə Azərbaycan bankda ilk on beşlikdə qərarlaşıb.

Ötən il maliyyə tərəfdaşları İİB tərəfindən maliyyələşdirilən layihələrə 5,5 milyard dollar məbləğində ianə edərək, ortaq maliyyə və inzibati məsuliyyətlər vasitəsilə layihələrə dəstək olublar. Bank 2025-ci il üçün iqlim maliyyələşdirməsi hədəfini 35 faizə çatdıraraq bu istiqamətə 2,4 milyard dollar ayırıb. 

Bu əməkdaşlıq Azərbaycan üçün nələr vəd edir?

İllik toplantının Bakıda keçirilməsi bir daha ölkəmizə olan diqqətin təcəssümüdür. Azərbaycan Prezidentinin toplantının açılış mərasimində iştirak etməsi isə ölkəmizin sözügedən qurumla əməkdaşlığa nümayiş etdirdiyi diqqətdir. Azərbaycan artıq uzun müddətdir ki, kifayət qədər yüksək səviyyəli tədbirlərə ev sahiblik edir. İİB-nin illik toplantılarında 3 mindən çox nümayəndə heyəti iştirak edir. İllik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında artıq bir sıra sazişlər imzalandı. 295 milyon dollar dəyərində olan bu anlaşmalar tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Azərbaycan və İİB arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Xüsusən özəl sektorun dəstəklənməsi istiqamətində daha dərinləşmiş əməkdaşlıq nümayiş etdiriləcəyi gözlənilir.

Vüqar Bayramov, millət vəkili