Sosial şəbəkədə biz:

Böyük Britaniyanın nəhəng mühəndislik şirkəti Azərbaycanı tərk edir

Böyük Britaniyanın nəhəng mühəndislik şirkəti Azərbaycanı tərk edir
Xəbər Şəkli
05 October 2026, 16:35
İqtisadiyyat

Böyük Britaniyanın “AECOM Infrastructure and Environment UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN – 1302615921) ləğv olunduğunu elan edib.
E
landa kreditorlardan iki ay ərzində tələblərini Yasamal rayonu, Cəfər Cabbarlı 44, ev 44, Korpus 1 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, Böyük Britaniya şirkətinin filialı Azərbaycanda 2011-ci ildə vergi qeydiyyatına alınıb və filiala Endryu Riçard Barker (Andrew Richard Barker) rəhbərlik edir.
Məlumat üçün bildirək ki, qlobal infrastruktur və mühəndislik şirkəti olan AECOM-un Azərbaycandakı filialı ölkəmizdə tikinti öncəsi məsləhət, layihə menecmenti, satınalma, mühəndis-kommunikasiya sistemləri və genişmiqyaslı ekoloji idarəetmə xidmətləri təqdim edib.
Məlumat üçün bildirək ki, baş ofisi London yaxınlığında yerləşən AECOM qlobal miqyasda hökumətlərə və transmilli şirkətlərə xidmət göstərən dünyanın aparıcı layihələndirmə və dizayn nəhənglərindən biridir. Şirkət Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə bir çox strateji və yüksək profilli layihələrin idarə olunmasını həyata keçirib. Dövlət Neft Fondunun (SOFAZ) Heydər Əliyev prospektində yerləşən 24 mərtəbəli yeni baş ofisinin (SOFAZ Tower) beynəlxalq enerji səmərəliliyi və ağıllı texnologiya standartlarına uyğun layihələndirilməsi və inşası üzrə layihə və xərc menecmenti xidmətlərini AECOM icra edib.
Xəzər dənizinin sahilində inşa edilən, Bakının müasir memarlıq rəmzlərindən biri hesab olunan “The Crescent Development” kompleksinin həm dəniz, həm də quru hissəsindəki tikinti və mühəndislik işlərinin idarə edilməsi missiyasını AECOM öz üzərinə götürüb.
Şirkət həmçinin Bakıdakı “Alov Qüllələri” kompleksinin və Azərbaycan Diplomatik Akademiyasının (ADA) kampusunun inşası prosesində mühəndislik və məsləhətçi tərəfdaş kimi iştirak edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin paytaxtın 250 min hektarlıq ərazisini əhatə edən regional inkişaf planı layihəsində tender iddiaçısı və məsləhətçi qismində təqdimatlarla çıxış edib.
Xəzər dənizində neft-qaz operatoru olan BP şirkətinə dəniz və quru infrastrukturunun ətraf mühitə təsirlərini minimuma endirmək, ekoloji risk xəritələrini (məsələn, "Şəfəq-Asiman" müqavilə sahəsi) və biomüxtəliflik hesabatlarını hazırlamaq üçün qlobal ekspert qrupları ilə genişmiqyaslı elmi-konsaltinq dəstəyi verib.
Yeniavaz