Azad olunmuş ərazilərdə 3 ildə 13,3 milyard manat xərclənəcək
İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I Proqramının layihəsi) 2027-2030-cu illərdə 13 milyard 300 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 24,3 faizdir.
Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə görə, 2027-ci il üçün dövlət büdcəsinin əsaslı xərcləri çərçivəsində bir sıra strateji əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulur. Bura “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” və s. daxildir.
Həmçinin ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.