Sosial şəbəkədə biz:
ABŞ brendinin Azərbaycandakı distribüterinin külli miqdarda borcu var
Xəbər Şəkli

ABŞ brendinin Azərbaycandakı distribüterinin külli miqdarda borcu var

08 May 2026, 08:52
İqtisadiyyat

Amerika istehsalı olan "Gold Toner" brendinin Azərbaycandakı rəsmi distribüteri "Print Deluxe" şirkətinin külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, "Print Deluxe" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcunun miqdarı 111.895,07 manat təşkil edir. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Eyyubov Ramil Yaşar oğludur.