83 milyon manat kapitalı olan dövlət şirkəti ləğv olunur
“Birləşmiş Sukanal” MMC (VÖEN – 9900072871) ləğv olunduğunu elan edib.
Ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 67 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, ləğv olunduğunu elan edən şirkətin tam adı “Azərsun” ASC-nin “Birləşmiş Sukanal” MMC-dir. Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 83 milyon 462 min 560 manat olan “Birləşmiş Sukanal” MMC-nin qanuni təmsilçisi Abbasov Tural Ədalət oğludur.