Sosial şəbəkədə biz:

Ronaldu və Messi ilk dəfə eyni komandada oynaya bilərlər

Ronaldu və Messi ilk dəfə eyni komandada oynaya bilərlər
Xəbər Şəkli
06 September 2026, 08:35
İdman

Futbol əfsanələri Kriştianu Ronaldu və Lionel Messi tarixdə ilk dəfə bir komandada oynaya bilərlər

Bu barədə"The Sun" nəşri xəbər verir.

Qeyd olunub ki, bu, argentinalı futbolçu Karlos Tevesin Buenos-Ayresdə keçiriləcək vida matçında baş tuta bilər.

"Onların arasında əfsanəvi rəqabət formalaşıb: Ronaldu ilə Messi klub və milli komanda səviyyəsində bir-biri ilə 37 dəfə qarşılaşıblar. Lakin indi Argentinadan bu cütlüyün birlikdə oynaya biləcəyi barədə xəbərlər gəlir", - deyə nəşrin məlumatında bildirilir.

Matçın keçirilməsi üçün ilkin tarix dekabr ayına təyin edilib. Teves futbolun ən böyük ulduzları arasında yaddaqalan qarşılaşma təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, avqustun 31-də Lionel Messi Argentina millisindəki karyerasını başa vurub. Həmçinin avqust ayında Kriştianu Ronaldu 2026/27 mövsümünün onun futbolçu karyerasında sonuncu ola biləcəyini açıqlayıb.