Sosial şəbəkədə biz:

Daha bir oyunçu "Qarabağ"ı tərk etdi

Daha bir oyunçu "Qarabağ"ı tərk etdi
Xəbər Şəkli
30 August 2026, 08:53
İdman

“Qarabağ”dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

Braziliyalı müdafiəçi Dani Bolt artıq Azərbaycanı tərk edib. O, karyerasını Malayziya çempionatında davam etdirəcək.

27 yaşlı sağ cinah oyunçusu “Qarabağ”a 2025-ci ildə Portuqaliyanın “Torrense” klubundan transfer olunmuşdu.

Xatırladaq ki, yay transfer dövründə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade, Kamilo Duran və Abdullah Zubir “Qarabağ”dan ayrılıb. Qol.az