Sosial şəbəkədə biz:

Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu?

Masazır sakinlərini qorxudan məsələnin aqibəti necə oldu?
Xəbər Şəkli
06 September 2026, 09:03
Cəmiyyət

Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsindəki həyət evlərinin sakinləri ərazidə aparılan çoxmərtəbəli bina tikintilərindən narazıdırlar.

 

Sakinlər tikinti ilə öz evləri arasındakı məsafənin cəmi iki-üç metr təşkil etdiyini bildirirlər.

 

Vətəndaşların sözlərinə görə, onların razılığı olmadan başlayan işlər zamanı evlərin təhlükə altına düşməsi və ətrafın toz-torpaqla çirklənməsi əsas narahatlıq doğuran məqamlardandır.

 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşları tərəfindən sözügedən ərazidə keçirilən monitorinq zamanı Masazır kəndi, Rafiq Dünyamalıyev küçəsi, 14 ünvanında vətəndaş Həsənov Rəşad Rasim oğlu tərəfindən müvafiq icazə sənədləri olmadan bünövrə tikintisi işlərinin aparıldığı aşkar edilib:

 

"Aşkar edilmiş pozuntu ilə əlaqədar icra hakimiyyəti tərəfindən tikinti işləri dayandırılıb və vətəndaşa müvafiq xəbərdarlıq edilib. Vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə məlumat aidiyyəti qurumlara göndərilib". Baku TV